Avtobusda sürücü ilə sərnişinlər arasında GƏRGİNLİK - "Pivəxana doludur belə qızlarla..."

Avtobusda sürücü ilə sərnişinlər arasında GƏRGİNLİK - Pivəxana doludur belə qızlarla...
Video
Hadisə 705

Bakıda ictimai nəqliyyatda növbəti qalmaqallı hadisə qeydə alınıb. Balaxanı qəsəbəsindən "Neftçilər" metrostansiyası istiqamətində hərəkət edən 105 nömrəli marşrut avtobusunda sürücünün gedişhaqqını ödəyə bilməyən sərnişinə qarşı nalayiq ifadələr işlətməsi narazılığa səbəb olub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusa minən gənc qızın ödəniş kartında cəmi 50 qəpik olub. Halbuki marşrut üzrə gedişhaqqı 60 qəpik təşkil edir. Sürücü bu səbəbdən sərnişindən ödəniş etməyi tələb edib. Müzakirə zamanı sərnişin 1 manatı sürücünün tərəfinə ataraq avtobusu tərk edib.

Bundan sonra sürücü qızın arxasınca nalayiq ifadələr səsləndirib. "Pivəxana doludur pivə paylayanlarla"cümləsi avtobusdakı digər sərnişinlərin kəskin etirazına səbəb olub və nəqliyyat vasitəsində gərginlik yaranıb.

Hadisə anlarına dair kadrları təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...

95 Hadisə 00:02 12 avqust 2026

Son xəbərlər