Avtobus sürücüsü körpəni qucağına alıb sakitləşdirdi - VİDEO

Avtobus sürücüsü körpəni qucağına alıb sakitləşdirdi - VİDEO
Video
Hadisə 257

Bakıda "BakuBus" avtobuslarının birində maraqlı anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb. Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib.

Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir.

6 ildir ki, "BakuBus" MMC-də sürücü kimi fəaliyyət göstərən Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib.

O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək onun həyatını xilas edib. Xidmətdə fərqləndiyinə görə BNA rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər