Avtobus sürücüsü ilə sərnişin arasında dava olub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Masazır qəsəbəsində 199 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişin arasında insident olub. İddialara görə, sürücü avtobusu sərnişinin dediyi yerdə saxlamayıb. Bundan sonra tərəflər arasında mübahisə başlayıb, daha sonra əlbəyaxa davaya çevrilib.
BAKU.WS Xezer TV-yə istinadən xəbər verir ki, dava 199 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsü Adil Nəbiyevlə sərnişin arasında baş verib.
Marşrut xəttinin dispetçeri Elşad Rəhimov iddia edib ki, avtobus Masazır dairəsi yaxınlığında hərəkətdə olarkən bir nəfər sürücüyə yaxınlaşaraq onu vurub və söyərək nəqliyyat vasitəsini tərk edib. Hər şey də bundan sonra başlayıb.
Nəqliyyat vasitəsinin aid olduğu daşıyıcı şirkətdən bildirilib ki, hadisədən sonra sürücü ona edilən təzyiqlərlə bağlı DİN-in 102 qaynar xəttinə müraciət edib.
Fakt araşdırılandan sonra məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...