Avropa Oyunları zamanı təmir olunan yollar yenidən qazılır - FOTOLAR

Avropa Oyunları zamanı təmir olunan yollar yenidən qazılır - FOTOLAR
Hadisə 2892

İcra hakimiyyəti qurumları adətən avqust ayının sonundan başlayaraq avtomobil yollarını ya qazırlar, ya da təmir-tikintisi işlərinə start verirlər. 

Bu dəfə də ənənəsini pozmayan qurumlar əhalinin paytaxt yollarında intensiv hərəkət etdiyi aylarda təmir işlərinə başlayıb.

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Badamdar qəsəbəsi ərazisindən keçən ümumşəhər əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmir işləri (2014-cü ilin noyabrından 2015-ci ilin iyununa qədər) görülmüşdü. Söhbət Mikayil Müşfiq, Badamdar şossesi və Neftçilər küçələrinin yollarından gedir. Hazırda bu küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Çünki həmin avtomobil yolları boru kəmərlərinə görə qazılır.

Avtomobillərin intensiv hərəkət etdiyi yollarda nəqliyyatın hərəkətinin bağlanması və məhdudlaşdırılması müəyyən problemlər yaradıb, narazılıqlara səbəb olub. 

Sakinlər deyirlər ki, ötən il icra hakimiyyəti Mikayil Müşfiq, Badamdar şossesi və Neftçilər küçələrinin yollarının əsaslı təmir olunduğunu bildirib. Yəni avtomobil yolunun tamamilə sökülüb, bütün kommuniyasiya xəttləri tamamilə dəyişdirilir, yolda qrenaj sistemi qurulub. Bütün bu işlər başa çatdıqdan sonra asfalt beton örtüyünün vurulması işlərinə başlanılıb. 

Bizimyol

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolunun bir hissəsi təmirə bağlanır

Bakı-Sumqayıt yolunun bir hissəsi təmirə bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda o...

3 Sosial 16:08 27 may 2016

Son xəbərlər