Avropa çempionatı: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır
Foto
Hadisə 51

Bu gün Azərbaycanın daha beş cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında qüvvələrini sınayacaqlar.

BAKU.WS  xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, kişilərin yarışında Zelim Tçkayev və Ömər Rəcəbli 81 kq, Murad Fətiyev 90 kq çəki dərəcəsində çıxış edəcəklər.

Qadınların mübarizəsinə isə 70 kq çəkidə Südabə Ağayeva və Günel Həsənli qatılacaqlar.

Kişilərin ilk görüşləri 1/16 finala, qadınlarda isə 1/32 finala təsadüf edəcək.

Avropa çempionatı

25 aprel

Kişilər

81 kq

Zelim Tçkayev - Orelyen Bonferroni (İsveçrə);

Ömər Rəcəbli - Jon Vrenozi (Albaniya) / Eetu İhanamaki (Finlandiya) cütünün qalibi.

90 kq

Murad Fətiyev - Aleksandr Sidorik (neytral bayraq altında çıxış edir).

Qadınlar

70 kq

Südabə Ağayeva - Adelina Novitski (İsrail);

Günel Həsənli - Anna Oleynik-Korneyko (Ukrayna).

Qeyd edək ki, indiyədək Azərbaycanın 15 təmsilçisindən yeddisi tatamiyə çıxıb. Onlardan ikisi - Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medala sahib olublar.

Oxşar xəbərlər

Bakı-Quba yolunda qəza olub, piyada ölüb

Bakı-Quba yolunda qəza olub, piyada ölüb

Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsindən keçən istiqamətdə q...

16 Hadisə 16:00 10 may 2025

Son xəbərlər