Atasının "özünü as, öldür" dediyi Laçınla bağlı ARAŞDIRMA BAŞLADI

Atasının özünü as, öldür dediyi Laçınla bağlı ARAŞDIRMA BAŞLADI
Hadisə 275

Şərur rayonunda 17 yaşlı qız intihar edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Şərur rayon sakini 2005-ci il təvəllüdlü Rzayeva Laçın Ümman qızının iyulun 23-də yaşadığı evin həyətyanı sahəsindəki bağda özünü asaraq intihar etməsi faktı ilə bağlı hazırda Şərur rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intihar edən gəncin ölümündən sonra yayılan mesajlarında onun, imtahanda az bal topladığı üçün ailəsi tərəfindən təzyiqlərə məruz qaldığı yazılıb. Laçın bildirib ki, atası "mən gələnə qədər özünü as" deyib. Məhz bu sözə görə də o, özünə qəsd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər