Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.
BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.
O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. E.Əhmədov Azərbaycana qayıtmaq məqsədi ilə göyərtəni tərk edib. Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
E.Əhmədovun meyiti hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, mərhum Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı.
Oxşar xəbərlər
Naxçıvanda avtobus yanıb
Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə köhnə avtobuslar üçün nəzərdə tutulmuş...