Atası üçün 40 mərasimi keçirən Cin: "Son gününə kimi xəstəliyini bilmədi..."
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Ceyhun Zeynalov (Cin) atası üçün 40 mərasimi təşkil edib.
BAKU.WS xəbər verir ki, "İncə səhər" verilişinin çəkiliş qrupu Cinin atasının yas mərasimində iştirak edib və ona başsağlığı verib.
Atasının vəfatından danışan ifaçı, onun sağlığında onkoloji xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.
Cin onu da bildirib ki, şişin atasının bədəninə yayıldığını çox gec öyrəniblər.
Atası vəfat edənə qədər ona onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilməyib.
"Son gününə kimi xəstəliyini bilmədi..." - deyə Cin vurğulayıb.
Xatırladaq ki, Cinin atası apreldə vəfat edib. Bu barədə sənətçi özü sosial şəbəkə hesabında bildirib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...