Ata Abdullayevi hansı cəza gözləyir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ata Abdullayevlə bağlı irəli sürülən ittihamlar təsdiqini taparsa, o, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.
BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, bunu cinayət məcəlləsinin 182-ci maddəsi ilə saxlanılan Ata Abdullayevin həbs müddəti barədə danışan hüquqşünas Səməd Vəkilov deyib.
O bildirib ki, bundan əvvəl də barəsində cinayət işi açılan Ata Abdullayevə ağırlaşdırıcı cəza veriləcək.
Ata Abdullayevə qarşı irəli sürülən ittiham öz təsdiqini taparsa və yüngülləşdirici hallar olmazsa, onu 3 ildən 5 ilədək həbs müddəti gözləyir. Bundan başqa, onun vaxtı ilə başqa bir cinayət əməlinə görə mühakimə olunduğu bildirilir. Bu isə istənilən halda ağırlaşdırıcı hal kimi qeydə alınacaq və böyük ehtimalla cəzanın yuxarı həddi veriləcək.
Qeyd edək ki, özünü bloger kimi təqdim edən Ata Abdullayev barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATLARI - VİDEO
Bakıda baş verən cinayətin təfərrüatları məlum olub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 24 iyun 2019-cu il tarixində Nizami rayonu, Qara Qarayev prosp...