Ata 12 yaşlı qızını hamamda ölü tapdı
25
noy
2019
15:57
Bakıda 12 yaşlı qız müəmmalı şəkildə dünyasını dəyişib.BAKU.WS xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramanı qəsəbəsi, Gülçülük Sövxozu yaxınlığında qeydə alınıb.
Həmin ərazidə nömrəsiz evlərin birində yaşayan 2007-ci il təvəllüdlü Fidan Şəmsi qızı İsmayılzadə atası tərəfindən huşsuz vəziyyətdə tapılıb.
Qızı atası Şəmsi İsmayılov kapron vannada tapıb.
Fidan İsmayılov Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimləri tərəfindən 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Lakin həkimlər qızın həyatını xilas edə bilməyiblər.Faktla bağlı araşdırma aparılır.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Daha bir süpürgəçi qadını maşın vurdu : 54 yaşlı qadın hadisə yerindəcə ölüb
Yol-nəqliyyat hadisəsi nəticəsində növbəti daha bir süpürgəçi qadın dünyasını dəyişib. Hadisə Sumqayıt şəhəri ərazisində baş verib.BAKU.WS sputnik.az-a istinad...