Astarada torpaq sürüşməsi olub - FOTO
07
okt
2022
11:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada torpaq sürüşməsi olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-ə rayonun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Qalereya
Oxşar xəbərlər
Astarada torpaq sürüşməsi baş verib - FOTO
Astarada baş vermiş torpaq sürüşməsi 20-yə yaxın ailə üçün təhlükə yaradıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, son aylar qeyri-sabit hava şəraiti nəticəsi...