Astarada torpağa basdırılmış narkotik aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada torpağa basdırılmış 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
BAKU.WS bildirir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə şübhəli bilinən rayonun Züngüləş kənd sakini Alim İmaməliyev saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsində torpağa basdırılmış bir ədəd balonun içərisindən təmiz çəkisi 1 kiloqram 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla onun həmin narkotik vasitəni Astara rayonunun Şovaş kənd sakini Bəyəli Şahmarovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalç...