Astarada naməlum şəxslər evə basqın edib - Yaralılar var

Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb.
Lənkəran rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin 3 üzvü daxil olub.
Bunlar, Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir.
Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qısqandığına görə arvadını bıçaqlayaraq öldürdü - VİDEO
2019-cu ilin mayın 3-ü Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət mərkəzində yerləşən eynək dükanında dəhşətli cinayət baş verib. Təcili yardım xəstəxanasına...