Astarada iki qardaş bıçaqlandı - Hadisənin TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Astaranın Ərçivan qəsəbəsində, Qəzəndaş adlanan ərazidə baş verən bıçaqlanma hadisəsinin təfərrüatı açıqlanıb.
Qohumlar arasında yaranan şəxsi mübahisə nəticəsində iki qardaş - 34 yaşlı Samir Mehdiyev və 36 yaşlı Zeynal Mehdiyev bıçaqlanıblar.
"Zəng etdilər, hadisənin baş verdiyi əraziyə getdim. Gördüm ki, dayılarım yaralıdırlar. Onları təcili tibbi yardımla Lənkəran xəstəxanasına gətirdik. Birinin vəziyyəti ağırdır, digəri isə yaxşıdır", - deyə yaralı şəxslərin qohumu bildirib.
Həkimlərin verdiyi məlumata görə, Samir Mehdiyevin döş qəfəsində, qarın nahiyəsində və başında açıq yaralar aşkarlanıb və o, təcili əməliyyat blokuna yerləşdirilib. Digər qardaş Zeynal Mehdiyevə isə sağ qabırğaaltı və sol bel nahiyəsində kəsilmiş-deşilmiş yaralar diaqnozu qoyulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir. Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...