Astarada 66 yaşlı kişini qətlə yetirən 21 yaşlı gənc barəsində cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə report-a rayon prokurorluğundan bildirilib.
Bildirilib ki, avqustun 17-də Astara rayonunun Suparibağ kəndi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2004-cü il təvəllüdlü Vüsal Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı 1959-cu il təvəllüdlü İskəndər Məmmədova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Vüsal Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....