Astarada 60 yaşlı qadını yük avtomobili vurub - FOTO

Astarada 60 yaşlı qadını yük avtomobili vurub - FOTO
Foto
Hadisə 69

Astara rayonunda 60 yaşlı qadını yük avtomobili vurub.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a bildirilib.

Qeyd olunub ki, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub.

X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər