Aslan Hüseynov anasının yasından qayıdarkən qəzaya uğrayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün yol qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncədən anasının yas mərasimindən qayıdırmış.
BAKU.WS-in əldə etdiyi məlumata görə, müğənni anasının 7 mərasimində iştirak edib və qayıdarkən qəzaya uğrayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində yol qəzasına düşüb və nəticədə dünyasını dəyişib.
Yaxınlarının “qafqazinfo”ya verdiyi məlumata görə, mərhum sənətçi Gəncədə anasının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq.
Hazırda onun cənazəsi Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ şöbəsindən Gəncəyə yola salınır.
Oxşar xəbərlər
Azərbaycanda 87 yaşlı qadını qəbiristanlıqda zorladılar, xəstəxanada keçindi - Cinayət işi
Quba rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com...