Asfaltı qazıb yolu bərbad hala saldılar - "Bir ildir düzəltmirlər"
23
okt
2025
10:33
Qaradağ rayonunun Qobustan qəsəbəsi, Salyan yolu 52A ünvanındakı küçə bərbad vəziyyətdədir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçi bildirib ki, təxminən bir il əvvəl ərazidə kanalizasiya çəkilməsi adı ilə yol qazılıb, lakin nə kanalizasiya xətti çəkilib, nə də asfalt örtüyü bərpa olunub.
Onun sözlərinə görə, qazıntılardan əvvəl yol ideal vəziyyətdə olub, indi isə çuxur və palçıq içində qalır:
"Bir il keçib, amma yolu əvvəlki kimi bərpa etmirlər. Həm piyada, həm də maşınla hərəkət etmək mümkün deyil."
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Narkotik alveri ilə məşğul olan şəxslər SAXLANILDI - 20 kiloqramdan çox ...
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirili...