Arvadını sosial şəbəkədə başqası ilə danışdığı üçün öldürən şəxsə hökm oxundu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Suraxanı rayonu ərazisində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 1-də baş verib.
1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mərhumun iki azyaşlı övladı olub.
Təqsirləndirilən şəxs prosesdə ifadəsində bildirib ki, o həyat yobldaşını sosial şəbəkələrdə başqa kişi ilə danışdığını tutub və buna görə də onu qətlə yetirib.
Oxşar xəbərlər
Qardaşını balta ilə qətlə yetirən şəxsin məhkəməsi başlayır
Masallıda qardaşını öldürməkdə təqsirləndirilən Musayev Rauf Feyzi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. BAKU.WS “report”a istinadən xəbər veri...