Gürcüstan vətəndaşı Bakıda tanışı tərəfindən öldürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 16:00 radələrində Gürcüstan vətəndaşı, Xəzər rayonu Südçülük sovxozu ərazisində yaşayan, 1966-cı il təvəllüdlü Məmmədov Canpolad Alı oğlunun öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü İbrahimov Heydər Məhəmməd oğlunun aralarında yaranmış mübahisə zamanı soyuq silahdan istifadə etməklə Canpolad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Heydər İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda ər arvadını qısqandığı üçün öldürdü
Fevralın 1-də saat 18 radələrində 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Suraxanı...