Arvadını qısqanan şəxs onu öldürmək istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda həyat yoldaşını öldürməyə cəhddə günahlandırılan şəxs tutulub.
BAKU.WS-ə rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 20-si Sabirabad rayonu ərazisində 1996-cı il təvəllüdlü Təhminə İsayevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Asəf İsayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Asəf İsayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Bakıda həyat yoldaşı tərəfindən öldürülən şəxs məşhur kikboks məşqçisi imiş - TƏFƏRRÜAT - FOTO
Bu gün saat 12 radələrində Bakı şəhər Xətai rayonu ərazisində qadının ərini qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb. BAKU.WS qafqazinfo-ya isti...