Arvadını döyən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Samir Həsrətovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 4 oktyabr 2024-cü il tarixdə, saat 21:30-da Abşeron rayonunda qeydə alınıb.
Belə ki, Samir Həsrətovla həyat yoldaşı, zərərçəkmiş Nairə Həsrətova (şərti) arasında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb. Bu zaman o, qəsdən yumruqla qadının başına bir neçə dəfə və sağ göz nahiyəsinə isə bir dəfə vuraraq, yüngül zərərvurmaya aid xəsarət yetirib.
Hadisədən sonra Samir Həsrətov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli əməl - 22 yaşlı qadın oğurlandı
Zərdab rayonunda 22 yaşlı qadın oğurlanıb. BAKU.WS Oxu.Az-av istinadən xəbər verir ki, hadisə sentyabrın 9-da rayonun kəndlərindən birində baş verib. 2003-cü il...
