Arvadına 22 bıçaq zərbəsi vuran kişi həbsdə öldü
19
apr
2024
17:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkdə təqsirli bilinərək həbs olunub.
Həyat yoldaşı ilə istirahətə gedən Q.Şahməmmədov oradan qayıtdıqdan sonra onu 22 bıçaq zərbəsi ilə qətlə yetirib.
Oxşar xəbərlər
“Nikosayağı” cəzasının böyük hissəsini evdə çəkə bilər
Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına...