Arif Quliyevin görüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə və KiV-lərdə "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.
TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır.
"Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
“Yeni klinika”nın direktoru və baş həkimin tutulma anı - ƏMƏLİYYAT VİDEOSU
Koronavirus xəstələrindən rüşvət alan “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin...