Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn edilib - FOTO

Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn edilib - FOTO
Foto
Hadisə 33

Qarabağda keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, bu gün şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov dəfn edilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, şəhid Əzizbəy Muradovun nəşi doğulduğu Sabirabad rayonunun Ulacalı kəndinə gətirlib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.

Şəhid Ulacalı kənd qəbiristanlığında, yaxınlarının mızarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Çevik Polis Alayının əməkdaşları, hərbiçilər və şəhidin yaxınları iştirak ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər