Antalyada 2 gündə 38 meşə yanğını olub

Antalyada 2 gündə 38 meşə yanğını olub
Hadisə 48

Türkiyədə Antalya şəhərinin 38 bölgəsində alovlarla mübarizə aparılıb.

BAKU.WS xəbər verir ki, 29-30 avqust tarixlərində ümumilikdə 38 yanğın qeydə alınıb.

Bunlardan 14-ü meşəlik, 24-ü meşəlik ərazilərə yaxın açıq sahələrdə baş verib.

Alovlara həm havadan, həm də qurudan çevik, təsirli və koordinasiyalı müdaxilə olunub. Nəticədə 38 yanğının hamısı nəzarət altına alınıb.

Alovlara təslim olan ərazilər əsasən Alanyada (Obaalacami, Beldibi, Fakırcalı, Dim, Uzunöz), Aksuda (Topallı), Muratpaşada (Güzeloba), Kaş (Palamut, Yeşilköy), Manavqatda (Güzelyalı, Düzağaç), Serikdə (Akbaş) və Beydiğində (2 ayrı nöqtə) əraziləri olub.

Kepezdə, Kumlucada, Elmalıda, Gazipaşada, Kaşda, Konyaaltıda isə açıq sahələrdə yanğınlar baş verib.

Görülən operativ tədbirlər sayəsində fəlakətin daha da böyüməsinin qarşısı alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər