Anasınının boyunbağısına görə adam bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə bıçaqlanma olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 23 yaşlı Orxan Cəfərov 1983-cü il təvəllüdlü Maarif Əzimovun ayağına bıçaqla xəsarət yetirib. Belə ki, Orxan bir neçə gün əvvəl qızıl - zinət alqı-satqısı mağazasına anasının boyunbağını satıb. Ötən gün o, həmin boyunbağını geri almağa gəlib.
Lakin bu vaxt satıcı ilə aralarında mübahisə yaranıb və Orxan nalayiq ifadələr işlədib. Yandakı mağazanı işlədən Maarif adlı şəxs O.Cəfərova söyüş söyməsi ilə bağlı irad tutub. Nəticədə aralarında mübahisə başlayıb və bıçaqlanma ilə nəticələnib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qız söhbətində qan düşdü: Məktəbin yanındakı cinayətin TƏFƏRRÜATI - FOTO
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2020-ci il sentyabrın 25-də Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbə...