Anasını öldürən 15 yaşlı oğlanla bağlı qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barədə qərar verilib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə oğlanın əqli durumunun yoxlanılması üçün Respublika Psixiatriya Xəstəxanasında müayinə edilməsi qərara alınıb.
Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb. Bakıda “Neftçilər” metrosunun yaxınlığında 1985-ci il təvəllüdlü S. Məhərrəmova oğlu, 2007-ci il təvəllüdlü şəxslə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Anasını öldürən 15 yaşlı oğlana hökm oxundu
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İ.Məmmədzadə barəsində Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxa...