"Alov hər yeri bürümüşdü, qapıdan baxdı çıxa bilmədi, geri qayıtdı" - VİDEO

Alov hər yeri bürümüşdü, qapıdan baxdı çıxa bilmədi, geri qayıtdı - VİDEO
Video
Hadisə 759
Ağstafa rayonunun Poylu kəndində yanğın olub.BAKU.WS ARB TV xəbər verir ki, üç ailənin yaşadığı 1 mərtəbəli binada ümumi sahəsi 140 kvadrat metr olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kvadrat metr sahədə, digər otağının qapı-pəncərə çərçivəsi isə 6 kvadrat metr sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsinə bitişik tikililər alovdan mühafizə olunub. Yanğın söndürülüb.Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan 59 yaşlı epilepsiya xəstəsi olan Natalya Əhmədəliyeva birinci dərəcəli yanıq xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonrada vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə göndərilib, lakin qadın yolda keçinib. Digər yaralı - N.Əhmədəliyevanı yanğından xilas edən 50 yaşlı qonşusu Azər Mirzəyevin vəziyyəti yüngün olduğundan xəstəxanada ambulator yardım göstərilib və evə buraxılıb.Azər Mirzəyev qonşu qadını necə xilas etdiyini danışıb: “Alov hər yeri bürümüşdü, qapıdan baxdı çıxa bilmədi, qayıtdı geri. Qapını qırdım, qucağıma alıb çıxartdım oradan. Təcili yardım çağırdıq, xəstəni apardıq. Özüm də yüngülvari xəsarət aldım. Ruhi xəstə idi. 1-2 dəfə də xəstəxanada müalicə alıb. Evdə tək yaşayırdı”.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xəstə qadın dəhşətli yanğından son anda xilas oldu - VİDEO

Xəstə qadın dəhşətli yanğından son anda xilas oldu - VİDEO

Ağstafa rayonunun Poylu kəndində yanğın olub.ARB TV xəbər verir ki, üç ailənin yaşadığı 1 mərtəbəli binada ümumi sahəsi 140 kvadrat metr olan 2 otaqlı evin 1 ot...

734 Şou-biznes 15:27 21 yanvar 2019

Son xəbərlər