Almaniyada kirayə verilmiş avtomobil oğurlanaraq Azərbaycana gətirildi - FOTO
13
okt
2018
12:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib.BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.Məlumatda deyilir ki, Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mercedes-Benz E 220" markalı avtomobil saxlanılıb.2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.Araşdırma aparılarkən məlum olub ki, "Mercedes-Benz E 220" markalı avtomobil Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən "Sixt Gmbh & Co" kirayə şirkətinə məxsusdur.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Gömrükdə əməliyyat: gizlədilmiş telefonlar aşkarlandı - FOTO
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcü...