Külli miqdarda valyutanı ölkədən çıxarmaq istəyən şəxs tutuldu (VİDEO)

Külli miqdarda valyutanı ölkədən çıxarmaq istəyən şəxs tutuldu (VİDEO)
Video
Hadisə 5
Hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən ölkə vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi "Volkswagen" markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib. Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib. Faktla bağlı araşdırma aparılır.BAKU.WSBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Avtomobilin yanacaq çənindən 15 telefon ÇIXDI

Avtomobilin yanacaq çənindən 15 telefon ÇIXDI

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcü...

2038 Hadisə 18:27 31 may 2017

Son xəbərlər