Alimpaşa Məmmədov parkın ərazisini 1,3 milyona satıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun adı hallanan korrupsiya əməllərindən biri məlum olub.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, A.Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb.
Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, bu yer üçün Alimpaşa Məmmədova bir dəfə bir milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə çoxmərtəbəli binanın tikintisi aparılır. Tikinti yekunlaşdırılmayıb.
Bundan başqa, A.Məmmədovun büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsədiyi bildirilir.
Oxşar xəbərlər
Elmira Axundovanın adı qarışan böyük dələduzluq işinin İLGİNC DETALLARI
Deputatın və oğlunun dəyərli 10 milyon manatlarla ölçülən varidatının siyahısı; Fərman Məmmədov: “Evindəki məclisdə Elmira Axundova söylədi ki, oğlum tenderlərd...