Ali Məhkəmədə apellyasiya və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə iclas keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ali Məhkəmədə ölkədə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.
Bu barədə BAKU.WS-ə Ali Məhkəmədən məlumat verilib.
İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, cari vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Qanunun aliliyinin təmin edilməsi, həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolundan bəhs edilib.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə keçən iclasda müəyyən təkliflər də səsləndirilib.
Oxşar xəbərlər
10 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan BAKU.WS-ə verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkə...