Albaniyada ölən azərbaycanlının valideynləri də 15 il əvvəl bədbəxt hadisə qurbanı olublar
Yeniliklərdən dərhal xəbərdar olun
Albaniyada faciəvi şəkildə ölən azərbaycanlının ata və anası da 15 il öncə bədbəxt hadisənin qurbanı olublar.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Əvəz Cəfərovun atası Alim Cəfərov və anası 15 il öncə yol-nəqliyyat hadisəsinə düşüblər.
Nəticədə ata A.Cəfərov həlak olub, ana isə qəzada aldığı travmalar səbəbindən hadisədən bir il sonra dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə gün öncə Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində Azərbaycan vətəndaşı olan dənizçi Əvəz Cəfərov dünyasını dəyişib.
2001-ci il təvəllüdlü Ə. Cəfərov Biləsuvar rayonunda dəfn ediləcək.
İstintaq aparıldığı üçün onun nəşinin bir neçə günə Vətənə gətiriləcəyi gözlənilir.
İlkin məlumata əsasən, bədbəxt hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib və onu cərəyan vurub.
Qeyd edək ki, mərhum subay idi.
Oxşar xəbərlər
Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə prose...