Aktauda təyyarə qəzasından sağ çıxan Rusiya vətəndaşlarının sayı AÇIQLANDI
Qazaxıstanda Aktau hava limanında qəzaya uğrayan "Embraer 190" təyyarəsindən 9 Rusiya vətəndaşı sağ çıxıb.
Bu barədə "Mash" telegram kanalı məlumat yayıb.
Həmçinin, qəza zamanı 13 Azərbaycan vətəndaşı və 3 Qırğızıstan vətəndaşı da sağ qalıb.
Qeyd olunur ki, təyyarədə olan daha bir qadının şəxsiyyəti və vətəndaşlığı hələ də müəyyən edilməyib.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarənin göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qazaxıstan FHN-in əvvəlki məlumatına görə, Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra xəstəxanaya yerləşdirilən 28 nəfərdən 9-nun vəziyyəti ağırdır.
Oxşar xəbərlər
Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var
Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs xəsa...