Aktau yaxınlığında təyyarə qəzası zamanı xəsarət alan iki qırğızıstanlı xəstəxanadan buraxılıb
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması zaman xəsarət alan iki qırğızıstanlı xəstəxanadan buraxılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəsarət alan üçüncü şəxsin vəziyyəti sabitdir, Milli Hospitalın Neyrotravma şöbəsində onun müalicəsi davam edir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında Qroznı üzərində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Şahbuzda ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado"...