Ailəli qadını evə apararaq cinsi əlaqədə olub – Bakıda cinayət
25
sen
2018
17:45
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başqa kişi ilə şəkillərini görən və onu öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin məhkəməsi keçirilib.BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun icraatında olan prosesdə şahidlər dindirilib. Hüseyn Vəliyev mərhum Rafət Feyziyeva ilə "Instagram"da tanış olduğunu deyib:"Mənə mesaj yazıb iş yoldaşım Rövşəni soruşdu. Rövşənin onu şantaj etdiyini dedi, mən də ona hesabını bağlamasını məsləhət gördüm". İstintaq materiallarından məlum olub ki, H.Vəliyev mərhum Rafətə kömək edəcəyini söz verərək onunla münasibət yaradıb və onu özünün ikinci evinə dəvət edərək cinsi əlaqədə olub. İttihama görə, sosial şəbəkələrdə mərhum Rafət Feyziyevanın fotosu yayılaraq pul müqabilində kişilərlə görüşdüyü yazılıb. R.Feyziyeva isə həmin zaman ünsiyyətdə olduğu Rövşən Rəsulovdan şübhələnib və onun barəsində polisə şikayət edib. Onun şikayətini araşdıran polis əməkdaşı Mehman Vəliyev məhkəmədə deyib ki, R.Rəsulovun qadını şantaj etmədiyi müəyyən olunub. Rövşən Rəsulov isə ifadə verərək qadınla intim əlaqədə olmadığını deyib:"Bir qohumuna iş tapmağım üçün mənə yazmışdı. Sonra da arada danışıb bir-birimizə foto göndərirdik. Sonuncu dəfə hadisədən 7 ay əvvəl danışmışdıq". İttihama görə, 2018-ci il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yaşayan 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən 18 dəfə bıçaqlanaraq qətlə yetirilib.Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və evlərindəki notbukdan onun yad kişi ilə fotoşəkillərini tapıb.BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə 5 azərbaycanlı qadını fahişəliyə cəlb edən şəxslər danışdı
Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfər qadını işləmək adı ilə Türkiyəyə aparıb onları fahişəliyə məcbur etməkdə təqsirləndirilən Xəyal Ələkbərov və Zəhra Qul...