Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib - FOTO
Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisindən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 246 ədəd avtomat və pulemyot patronu, 2 ədəd ətrafı işıqlandırmaq üçün nəzərdə tutulan fişəng, eləcə də avtomata məxsus sandıqça aşkar edilərək götürülüb.
Son 1 gün ərzində keçirilən profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 6 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Şöbə əməkdaşları tərəfindən son 2 ay ərzində bu istiqamətdə keçirilən profilaktiki tədbirlər nəticəsində isə vətəndaşlardan ümumilikdə 18 odlu silah təhvil götürülüb.
Qalereya
Oxşar xəbərlər
Hacıqabul sakinlərində qanunsuz silah aşkarlanıb - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qa...