Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Tədbirlərlə rayon sakinləri - Natiq Nuriyev və Zamiq Müslümov saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Nuriyevdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitə və psixotrop maddəni birlikdə paytaxtdan Ağsuya satış məqsədilə gətirdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...