Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi - Saxlanılan var
Ağsu rayonunda bıçaqlanma olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə aprelin 6-da səhər saat 10 radələrində Ağsu rayon 1 saylı tam orta məktəbində baş verib.
Ağsu şəhər sakini 1992-ci il təvəllüdlü Dostəli Bağırov məktəbə gələrək, orta məktəbin 11-ci sinif şagirdi ilə mübahisə edib. Mübahisə nəticəsində D.Bağırov şagirdi ayağından bıçaqlayıb, şagirdin 16 yaşlı qardaşını isə döyüb.
Xəsarət alan qardaşlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər və onlara tibbi yardım olunub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən D.Bağırov saxlanılıb.
Oxşar xəbərlər
Kamçatkada aralarında Azərbaycan vətəndaşının olduğu turist qrupu barədə SON MƏLUMAT AÇIQLANDI
"Təbii parkı tərk edə bilməyən turistlər qida məhsulları ilə təmin ediliblər və təhlükəsizlikdədirlər". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Kamçatka...