Ağsu dolaylarında qorxulu anlar: Yol çökdü, hərəkət məhdudlaşdırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından (dolaylarından) keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb. Hadisə yolun 147-ci kilometrliyində baş verib. Sürüşmə nəticəsində asfalt örtüyünün bir hissəsi dağılıb, yolda iri çatlar və yarğanlar yaranıb. Hazırda magistralın bir zolağında hərəkət məhdudlaşdırılıb və sürücülər hərəkəti tək zolaqla davam etdirirlər.
Sürücülər Baku TV-yə ərazidə hərəkətin son dərəcə təhlükəli olduğunu bildiriblər. Şikayətçilərdən biri vəziyyəti belə təsvir edib:
"Şamaxıdan Ağsu istiqamətinə gedən sürücülər ehtiyatlı olsunlar. Yolun problemli hissəsi görünməyən döngədə yerləşir, bu isə qəza şəraiti yaradır. Yolun bir tərəfi tamamilə dağılıb. İki maşın qarşı-qarşıya gələndə vəziyyət daha da kritikləşir. Gecə saatlarında isə hərəkət etmək demək olar ki, qeyri-mümkündür".
Digər sürücü isə yolun hələ də təmir olunmamasından narahatlığını ifadə edib:
"Yoldan keçərkən qorxu hissi keçiririk, maşın hər an aşa bilər. Aidiyyəti qurumlar gəlib bura baxsınlar, yol bərbad gündədir".
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....