Ağstafada usta hündürlükdən yıxılaraq ölüb
12
iyl
2022
23:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan evin damından yıxılaraq dünyasını dəyişib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü A.Misirov usta kimi işlədiyi evin damından yerə yıxılıb. Bu zaman ağac parçası onun bədəninə batıb.
Ağır xəsarət alan zərərçəkmiş xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Arvadı və qızının ölümünə səbəb olduğu iddia edilən Rəhman Niftəliyev danışdı - YENİLƏNİB - VİDEO
Arvadı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümünə səbəb olduğu iddia olunan Rəhman Niftəliyev sosial şəbəkədə açıqlama verib. BAKU.WS xəbər verir ki, R...