Ağstafada DƏŞHƏTLİ HADİSƏ - Sərnişin 2 avtomobil arasında qaldı

Ağstafada DƏŞHƏTLİ HADİSƏ - Sərnişin 2 avtomobil arasında qaldı
Hadisə 79

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov "VAZ" markalı iki avtomobilin arasında qalaraq dünyasını dəyişib.

Belə ki, o, içərisində olduğu avtomobildən düşmək istəyən zaman digər avtomobil onun düşdüyü avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər