Yaxını Xalq artistinin son vəziyyətini açıqladı

Yaxını Xalq artistinin son vəziyyətini açıqladı
Hadisə 259

"Şükufə xanımla görüşmüşəm, vəziyyəti normaldır."

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Xalq artisti Şükufə Yusupovanın bacısı oğlu Elman Ələsgərov deyib.

"Hazırda palatadadır. Təbii ki, ağrıları var, amma vəziyyəti stabildir. Yeyir, danışır. Əməliyyat olunması məsələsi hələ ki, sual altındadır. Reanimasiyadan təzə çıxıb, gərək bir az özünə gəlsin. Ondan sonra həkimlər bir qərar verəcəklər", - deyə E.Ələsgərov bildirib.

*** 11:24

Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirlib.

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.

"Onun vəziyyəti hazırda stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, avqustun 21-də Ş.Yusupova evdən çıxarkən onu piyada zolağının üstündə maşın vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər