Ağır qəzadan qaçmaq istəyən mikroavtobus aşdı - ŞOK QƏZANIN VİDEOsu
16
okt
2019
12:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
12 oktyabr tarixində Ağstafada baş verən dəhşətli qəzanın baş vermə anı ortaya çıxıb. BAKU.WS xəbər verir ki, kadrlardan göründüyü kimi mikroavtobus qarşısına çıxan yük maşını ilə toqquşmamaq üçün yoldan kənara çıxıb və nəticədə aşıb. Hadisə zamanı xəsarət alanların adlarını APA-ya istinadla təqdim edirik: Mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəlüdlü Quliyeva Pərvanə Cümşüd qızı, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal Yusuf oğlu, 1956-cı il təvəllüdlü Babayeva Gülüruf Teymur qızı, 2003-cü il təvəllüdlü Oruclu Zöhrəbəyim Akif qızı, 1986-cı il təvəllüdlü Orucova Tamella Arif qızı, 2003-cü il təvəllüdlü Kərimov Rəşid, 1984-cü il təvəllüdlü Muğalova Gülarə Afad qızı, 1992-ci il təvəllüdlü Göycəliyeva Pərvin Hidayət qızı, 2003-cü il təvəllüdlü Cəlilova Zülfiyyə Əsgər qızı.
Oxşar xəbərlər
Ağstafada mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb - VİDEO
Ağstafa rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, Ağstafa-Poylu marşrut...