Ağır qəzada həlak olan şəxs keçmiş zabit imiş

Ağır qəzada həlak olan şəxs keçmiş zabit imiş
Foto
Hadisə 77

Oktyabrın 24-ü saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş vermiş qəzada həlak olan şəxs keçmiş zabit imiş.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Hyundai Elantra" markalı avtomobilin taxta yükü daşıyan "KamAZ"a çırpılması nəticəsində dünyasını dəyişən 68 yaşlı Səfəralı Məstalı oğlu Həziyev əvvəllər hüquq-mühafizə orqanlarında zabit kimi çalışıb və Birinci Qarabağ müharibəsi veteranı olub.

S.Həziyev "Hyundai Elantra" avtomobilinin sükanı arxasında olub. Ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər