Ağgöl Milli Parkında atışma - Bir nəfər axtarışa verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağgöl Milli Parkının əməkdaşları tərəfindən parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev BAKU.WS-ə bildirib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brakonyerlərdən biri saxlanılıb.
“Araşdırma zamanı saxlanılan brakonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib”.
Xidmət rəisinin sözlərinə görə, digər brakonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub.
Qalereya
Oxşar xəbərlər
Gecə ceyran ovuna çıxanlardan biri saxlanıldı, digəri isə...
Ceyran ovlayan brakonyer polisə təhvil verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Şirvan Milli Parkının əməkdaşları tə...