Ağdərə rayonundakı qəzada beşaylıq körpə də xəsarət alıb: Cinayət işi başlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdərə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı beşaylıq körpə də xəsarət alıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Ağdərə rayonu Zəylik kəndi ərazisində baş verib.
Nazim Yunis oğlu Əsgərovun idarə etdiyi "Toyota Hillux" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan arvadı Könül Əsgərova hadisə yerində ölüb, qızı Mələk İsmayılova və beşaylıq nəvəsi Uğur İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....