Ağdaşda qadın azyaşlı övladı ilə birlikdə itkin düşdü - FOTO

Ağdaşda qadın azyaşlı övladı ilə birlikdə itkin düşdü - FOTO
Foto
Hadisə 136

Ağdaş rayonu Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlü Ülkər Abdullayeva iyun ayının 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Ü.Abdullayevanın əlamətləri belədir:

Boyu 165 sm, dolu bədən quruluşlu, qara qısa saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qəhvəyi rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-233-06-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Azərbaycanda ana və azyaşlı övladı itkin düşdü

Azərbaycanda ana və azyaşlı övladı itkin düşdü

Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Qurbanova Aişə və övladı 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq T...

305 Hadisə 16:26 05 may 2020

Son xəbərlər