Ağdaşda kafe əxlaqsızlıq yuvasına çevrildi - Polis hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaşda kafe əxlaqsızlıq yuvasına çevrilib.
BAKU.WS xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, rayonun Əmirarx kəndində yerləşən kafe əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. İddiaya əsasən, polis əməkdaşları həmin kafe ilə bağlı heç bir tədbir görməyib. Belə ki, onlar gəlib-getdikdən sonra obyekt yenə eyni fəaliyyətini davam etdirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş rayonunun Əmirarx kəndində yerləşən kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi ilə bağlı polis şöbəsinin istintaq bölməsində araşdırmalara başlanılıb. Obyekti işlədən şəxsin və şahidlərin izahatları alınıb. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
Bildirilib ki, həmin kafe barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülməməsi barədə sosial şəbəkələrdə səsləndirilən iddialar isə əsassızdır.
Oxşar xəbərlər
"Pəhləvanlar" kafesinin sahibini infarkt vurdu, qardaşı isə... - ŞOK DETALLAR
Əxlaqsızlıq yuvası olması ilə məşhurlaşan "Pəhləvanlar" kafesini işlədən şəxslər hakim qarşısına çıxarılıb. BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, Bakı...